Mirziyoyev Türküstanda yeni məscidlə tanış olub
Özbəkistan Respublikasının prezidenti Şavkat Mirziyoyev Türküstan şəhərinə səfər edib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici media xəbər yayıb.
Səfər çərçivəsində o, Qazaxıstan Respublikasının prezidenti Qasım-Jomart Tokayev ilə birlikdə Özbəkistan liderinin Türküstan xalqına və ümumilikdə Qazaxıstan xalqına hədiyyə olaraq inşa edilən yeni məscidə baxış keçirib.
Tərəflərin regionda mədəni və dini əməkdaşlıq məsələlərini də müzakirə etdiyi bildirilir.
14:04 15.05.2026
Oxunuş sayı: 47