Əraqçi: BRİKS ölkələri İrana yeni baxışla yanaşır
İranın Xarici İşlər naziri Abbas Əraqçi bildirib ki, BRİKS sammiti çərçivəsində keçirilən ikitərəfli görüşlərin əsas mövzusu mövcud vəziyyət və İrana qarşı “qanunsuz təcavüz” olub.
Crossmedia.az xəbər verir ki, bu barədə məlumatı xarici media yayıb.
Abbas Əraqçi qeyd edib ki, bütün ölkələr İranın münaqişədən “qələbə və ləyaqətlə” necə çıxa bilməsi və gələcək proseslərlə maraqlanır.
Onun sözlərinə görə, iştirakçı dövlətlər İranın son münaqişədəki mövqeyini və qarşı tərəfin uğursuzluğunu qəbul etdiklərini bildiriblər. Abbas Əraqçi əlavə edib ki, hərbi əməliyyatların bitməsindən sonra İrana qarşı beynəlxalq münasibətdə dəyişiklik müşahidə olunur.
12:34 15.05.2026
Oxunuş sayı: 45