ABŞ iqtisadiyyatında qiymət artımı sürətlənir
ABŞ-də inflyasiya son aylarda artaraq Donald Trampın prezidentlik dövrləri ərzində ən yüksək səviyyəyə yüksəlib.
Crossmedia.az xəbər verir ki, bu barədə məlumatı "Newsweek" nəşri yayıb.
Məlumata görə, benzin qiymətlərinin sürətlə artması iqtisadiyyatın digər sahələrinə də təsir göstərib. Ərzaq və zəruri malların təchizat zəncirlərində qiymət artımları inflyasiyanı 3,8%-ə qədər yüksəldib.
İqtisadçılar qiymət artımının istehlak bazarına təzyiq yaratdığını və ümumi iqtisadi vəziyyətə təsir etdiyini bildirirlər.

12:22 15.05.2026
Oxunuş sayı: 40