Netanyahu: İsrail ordusu Qəzza zolağının təxminən 60%-nə nəzarət edir
İsrailin Baş naziri Benyamin Netanyahu bildirib ki, Aralıq dənizi sahilində yerləşən Qəzza zolağında hərbi vəziyyət İsrailin nəzarəti altında genişlənib.
Crossmedia.az xəbər verir ki, bu barədə məlumatı xarici media yayıb.
Onun sözlərinə görə, hazırda İsrail ordusu bölgənin təxminən 60%-nə nəzarət edir.
“Bu gün Qəzza zolağının 60%-nə nəzarət edirik. Sabah görəcəyik...”, – deyə Benyamin Netanyahu qeyd edib.
Rəsmi açıqlamanın davamında əməliyyatların gedişi ilə bağlı əlavə detallara yer verilməyib.
11:22 15.05.2026
Oxunuş sayı: 45