Zelenski: Kiyevdə hücumda 24 nəfər həlak olub
Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə yaşayış binasına edilən raket hücumunun baş verdiyi ərazidə axtarış-xilasetmə işlərinin başa çatdığını açıqlayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə məlumatı xarici media yayıb.
O bildirib ki, Rusiya raketi faktiki olaraq bütün bir yaşayış binasını məhv edib. Hücum nəticəsində 3-ü uşaq olmaqla 24 nəfər həyatını itirib, 48 nəfər isə yaralanıb.
Prezidentin sözlərinə görə, xilasedicilər 24 saatdan artıq müddət ərzində fasiləsiz şəkildə faciə yerində işləyiblər. Kiyev şəhərində baş verən hadisə genişmiqyaslı dağıntılara səbəb olub.
Volodimir Zelenski beynəlxalq ictimaiyyəti Rusiyaya təzyiqləri artırmağa çağırıb və Ukraynanın raketdən müdafiə sistemlərinə davamlı dəstəyin vacibliyini vurğulayıb.
“Bu cür Rusiyanı normallaşdırmaq mümkün deyil”, – deyə o əlavə edib.
10:44 15.05.2026
Oxunuş sayı: 42