Fars körfəzi ölkələri və İordaniyadan BMT-yə İranla bağlı sərt müraciət
Bəhreyn, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, Qətər və İordaniya BMT-yə müraciət edərək İranın Hörmüz boğazı ilə bağlı açıqlamalarını qətiyyətlə pisləyiblər.
Crossmedia.az xəbər verir ki, bu barədə məlumatı xarici media yayıb.
Birgə məktubda Tehran rəhbərliyinin Hörmüz boğazı üzərində “yeni hüquqi normalar” və ya birtərəfli nəzarət yaratmaq cəhdlərinin qəbuledilməz olduğu bildirilib. Qeyd olunub ki, strateji əhəmiyyət daşıyan bu dəniz yolu beynəlxalq statusa malikdir və sərbəst naviqasiya üçün açıq qalmalıdır.
Sənəddə həmçinin İranın Hörmüz boğazından keçən ADNOC tankerinə dron hücumu da pislənilib.
Müraciət müəllifləri bu hadisəni beynəlxalq hüququn ciddi pozuntusu və mülki gəmiçiliyin təhlükəsizliyinə təhdid kimi qiymətləndiriblər.
09:44 15.05.2026
Oxunuş sayı: 56