Leninqrad vilayətində kütləvi dava: 60 nəfər yaralandı
Rusiyada kişi öpüşü ilə bağlı yaranan mübahisə kütləvi davaya çevrilib.
Crossmedia.az xəbər verir ki, bu barədə məlumatı xarici media yayıb.
Hadisə Leninqrad vilayətində yerləşən “Sinyavinskaya” quşçuluq fermasında baş verib.
Məlumata görə, işçilər arasında yaranan mübahisə daha sonra kütləvi davaya çevrilib və qarşıdurmada təxminən 60 nəfər iştirak edib. Nəticədə 20-dən çox şəxs xəstəxanaya yerləşdirilib, 7 nəfərin vəziyyətinin ağır olduğu bildirilir.
Hadisə şahidlərinin sözlərinə görə, insident Banqladeşdən olan bir işçinin Mərkəzi Asiyadan olan həmkarını öpməsi ilə başlayıb. Daha sonra Özbəkistandan olan işçinin atasının bunu görməsi gərginliyi artırıb və nəticədə kütləvi dava baş verib.
18:43 13.05.2026
Oxunuş sayı: 53