Rusiya Avropanı raketlərlə hədələdi
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev “Sarmat” qitələrarası ballistik raket sisteminin sınağı ilə bağlı açıqlama verib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Medvedev sınağı şərh edərkən Qərb ölkələrinə ironik mesaj ünvanlayıb.
“Rusiyanın bütün Qərb ‘dostlarını’ təbrik edirəm. İndi biz daha yaxınıq”, – deyə o bildirib.
Açıqlamanın “Sarmat” raket sisteminin sınağı fonunda verildiyi qeyd olunur.

18:35 13.05.2026
Oxunuş sayı: 55