Ərdoğan Qazaxıstana dövlət səfərinə gedib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qazaxıstana dövlət səfərinə yola düşüb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, səfər çərçivəsində Ərdoğanın Astana şəhərində bir sıra yüksək səviyyəli görüşlər keçirməsi nəzərdə tutulur.
Müzakirələrdə Türkiyə–Qazaxıstan ikitərəfli əlaqələri, iqtisadi əməkdaşlıq, enerji və regional təhlükəsizlik məsələlərinin əsas gündəm olacağı bildirilir.
Səfərin iki ölkə arasında strateji tərəfdaşlığın daha da gücləndirilməsinə töhfə verəcəyi gözlənilir.
17:27 13.05.2026
Oxunuş sayı: 46