İSESKO-ya baş katib seçilib
İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ISESKO) Kazanda keçirilən 15-ci Baş Konfrans sessiyasında Salim bin Məhəmməd əl-Malik növbəti müddətə Təşkilatın baş katibi seçilib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Qeyd edək ki, sessiyanın işində Azərbaycan, Misir, Yəmən, Liviya, Maldiv, Seneqal, Sudan, Çad, Tunis və Türkmənistandan olan 10 təhsil naziri, həmçinin Qazaxıstan, Oman və Özbəkistandan üç nazir müavini iştirak edir.
Baş Konfransın əsas vəzifəsi ISESKO-nun ümumi siyasətinin formalaşdırılması və təşkilatın fəaliyyətinə nəzarətin həyata keçirilməsidir. İclaslar hər dörd ildən bir keçirilir.
Sessiya “Rusiya - İslam Dünyası: KazanForum” beynəlxalq iqtisadi forumu çərçivəsində keçirilir.
17:21 13.05.2026
Oxunuş sayı: 62