Paşinyanın Moskvaya girişinə etiraz edilib
Rusiya Federasiyası Kommunist Partiyasının lideri Gennadi Züqanov Ermənistanın baş naziri Nikol Paşinyanın Moskvada qəbul edilməsinə qarşı çıxıb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Züqanov bu barədə Dövlət Dumasının plenar iclasında çıxışı zamanı danışıb.
O, Ermənistan paytaxtı İrəvanda keçirilən Avropa Siyasi Birliyinin sammitində Ukrayna prezidenti Volodimir Zelenskinin səsləndirdiyi fikirlərə işarə edərək kəskin etirazını ifadə edib.
“Mən İrəvandan gələn Qırmızı Meydanı atəşə tutmaq təhlükəsindən başqa hər şeyi təsəvvür edə bilirdim”, – deyə Züqanov bildirib.
Kommunist Partiyası lideri Paşinyanın Moskvada qəbul edilməsinin yolverilməz olduğunu vurğulayıb:
“Sual yaranır: niyə İrəvanda buna icazə verirlər və Paşinyanı niyə Moskvada qəbul edirlər? Mən təkid edəcəyəm ki, bu şəxs bir daha paytaxtımızda görünməsin”, – deyə Rusiya mətbuatı Züqanovun sözlərindən sitat gətirib.
Züqanovun sözlərinə görə, Ermənistanın baş naziri Rusiyanı alçaldıb və təhqir edib.
18:05 13.05.2026
Oxunuş sayı: 57