Çin ABŞ-yə xəbərdarlıq etdi: Bu mövzular toxunulmazdır - SİYAHI
ABŞ-dəki Çin səfirliyi və Pekin rəsmiləri Prezident Donald Trampın gözlənilən səfəri ərəfəsində Vaşinqton üçün “qırmızı xətt” hesab edilən əsas məsələləri açıqlayıblar.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Çin ABŞ ilə münasibətlərdə sual edilməməli dörd əsas mövzu müəyyənləşdirib.
Bildirilib ki, həmin “qırmızı xətlər”ə Tayvan məsələsi, demokratiya və insan hüquqları mövzusu, siyasi sistem və inkişaf yolu, eləcə də Çinin inkişaf hüququ daxildir.
Pekin bu məsələlərin Çin üçün fundamental əhəmiyyət daşıdığını vurğulayaraq, Vaşinqtonu münasibətlərdə qarşılıqlı hörmət prinsipinə əməl etməyə çağırıb.
18:20 13.05.2026
Oxunuş sayı: 47