Ermənistan Ankaranın ticarət qərarını alqışlayıb
İrəvan Türkiyənin Ermənistanla ticarət məhdudiyyətlərini aradan qaldırmaq qərarını alqışlayıb.
Crossmedia.az Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyan açıqlama verib.
O bildirib ki, Ankaranın bu addımı Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesində növbəti mühüm nailiyyət hesab olunur.
“Bu qərar iki ölkə arasında ticarətin və işgüzar əlaqələrin genişləndirilməsi, regionda iqtisadi əlaqələrin stimullaşdırılması, sülhün və rifahın təmin edilməsi baxımından əhəmiyyətlidir”, – deyə Badalyan vurğulayıb.
Onun sözlərinə görə, qərar Ermənistan və Türkiyə arasında tam və normal münasibətlərin inkişafı istiqamətində mühüm addımdır. Badalyan əlavə edib ki, bunun ardınca sərhədlərin açılması və diplomatik münasibətlərin qurulması da mümkün ola bilər.
17:57 13.05.2026
Oxunuş sayı: 50