İsrail Beyruta hücum edib
İsrailin Livana endirdiyi hava zərbələri nəticəsində azı bir nəfər həlak olub.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Livanın dövlət xəbər agentliyi məlumat yayıb.
Bildirilib ki, İsrailin həyata keçirdiyi iki hava hücumu Beyrutun cənubu ilə Livanın cənubunu birləşdirən əsas magistral yolda, Ciyə bölgəsi yaxınlığında baş verib. Hücum zamanı iki avtomobil hədəfə alınıb.
AFP hadisə yerindən yanmış avtomobilin görüntülərini və xilasedicilərin ən azı bir nəfərin meyitini daşımasını əks etdirən videolar yayımlayıb.
“Reuters” agentliyi isə İsrail tərəfinin hücumla bağlı hələlik rəsmi açıqlama vermədiyini və əməliyyatın məqsədinin bilinmədiyini qeyd edib.
17:40 13.05.2026
Oxunuş sayı: 42