Mossad rəhbəri gizlicə Əbu-Dabiyə gedib - ŞOK SƏBƏB
Mossad rəhbəri David Barneanın İranla bağlı koordinasiya məqsədilə Birləşmiş Ərəb Əmirliklərinə gizli səfərlər etdiyi iddia edilib.
Crossmedia.az “The Wall Street Journal” qəzetinə istinadən xəbər verir ki, Barnea İslam Respublikasına qarşı aparılan müharibə fonunda koordinasiya məsələlərini müzakirə etmək üçün ən azı iki dəfə BƏƏ-yə səfər edib.
Məlumata əsasən, Mossad rəhbərinin gizli səfərləri mart və aprel aylarında baş tutub.
Qeyd olunub ki, BƏƏ Xarici İşlər Nazirliyi və İsrail Baş Nazirinin Ofisi “The Wall Street Journal”ın məsələ ilə bağlı şərh sorğularını cavabsız qoyub.
17:15 13.05.2026
Oxunuş sayı: 54