İran raket ehtiyatının 70%-ni qoruyub saxlayıb
ABŞ kəşfiyyat orqanlarının bu ayın əvvəlində hazırladığı məxfi qiymətləndirmələr İranın raket potensialının böyük hissəsini qoruyub saxladığını göstərir.
Crossmedia.az xəbər verir ki, bu barədə məlumatı “New York Times” qəzeti yayıb.
Adı açıqlanmayan mənbələrin bildirdiyinə əsasən, İran buraxılış qurğularının və raket ehtiyatının təxminən 70 faizini qoruyub və bir çox yeraltı hərbi obyektlərə çıxışı bərpa edib.
Məlumata görə, ABŞ rəsmilərini ən çox narahat edən məsələlərdən biri İranın Hörmüz boğazı boyunca yerləşən 33 raket bazasından 30-na yenidən əməliyyat girişini təmin etməsi olub.
Qəzet qeyd edir ki, həmin bazalar Hörmüz boğazından keçən ABŞ hərbi gəmiləri və neft tankerləri üçün potensial təhlükə yaradır.
16:52 13.05.2026
Oxunuş sayı: 41