SEPAH komandiri: İstənilən vaxt hücum edə bilərik
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Tehrandakı komandiri Həsən Həsənzadə qüvvələrinin istənilən vaxt və istənilən nöqtədə əməliyyat keçirməyə hazır olduğunu bəyan edib.
Crossmedia.az xəbər verir ki, İran mediasının yaydığı məlumata görə, Həsənzadə bu açıqlamanı Bəsic milisləri və SEPAH bölmələrinin iştirakı ilə keçirilən genişmiqyaslı hərbi təlimlərdən sonra verib.
O bildirib ki, qüvvələr mümkün qədər tez əməliyyat həyata keçirmək imkanına malikdir:
“Biz istənilən yerdə və istənilən vaxt çərçivəsində, ən qısa zamanda istənilən əməliyyatı həyata keçirməyə hazırıq”.
SEPAH komandiri qeyd edib ki, beş gün davam edən “Bəsic” təlimləri qarşıya qoyulan bütün məqsədlərə nail olub. Onun sözlərinə görə, təlimlər çərçivəsində “istənilən ərazidə düşmənlə qarşıdurma” üçün əvvəllər sınaqdan keçirilmiş ssenarilər, taktika və üsullar tətbiq olunub.
16:00 13.05.2026
Oxunuş sayı: 48