İranda güclü yağışlar fəlakətə səbəb olub
İranın Qərbi Azərbaycan əyalətində yağan güclü yağışlar ciddi fəsadlara səbəb olub.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, intensiv yağıntılar nəticəsində bölgədə yerləşən yeddi bənd daşıb. Hadisə bir sıra yaşayış məntəqələrində sel və daşqın riskini artırıb.
Yerli hakimiyyət orqanları bəzi kəndlərdə əhalinin təhlükəsiz ərazilərə köçürüldüyünü, infrastruktur və kənd təsərrüfatı sahələrinə ziyan dəydiyini açıqlayıb. Hazırda bölgədə fövqəladə xidmətlərin iştirakı ilə vəziyyətin nəzarətə götürülməsi istiqamətində işlər aparılır.
Məlumata görə, yağışların yaxın saatlarda da davam edəcəyi gözlənilir.
15:52 13.05.2026
Oxunuş sayı: 67