ŞOK iddia: Rusiya payıza qədər Donbası tam ələ keçirməyə hazırlaşır
Rusiya hərbi komandanlığı prezident Vladimir Putini payıza qədər Donbasın tam şəkildə ələ keçirilə biləcəyinə inandırıb.
Crossmedia.az xəbər verir ki, bu barədə məlumatı "Financial Times" nəşri yayıb.
Nəşrin məlumatına görə, Putin pilotsuz uçuş aparatlarının hücumlarına və rus qoşunlarının yavaş irəliləməsinə baxmayaraq, Ukrayna cəbhəsinin çökə biləcəyinə dair əminlik nümayiş etdirir.
Məlumata əsasən, Donbasın mümkün ələ keçirilməsindən sonra Moskvanın atəşkəs şərtlərini sərtləşdirmək və ərazi tələblərini genişləndirmək niyyətində olduğu bildirilir.
15:05 13.05.2026
Oxunuş sayı: 51