Zelenski: Ukrayna səmasında 100-dən çox Rusiya PUA-sı var
Ukraynanın Prezidenti Volodimir Zelenski bildirib ki, hazırda Ukrayna səmasında yüzdən çox Rusiya pilotsuz uçan aparatı (PUA) var və gün ərzində yeni hücum dalğaları istisna edilmir.
Crossmedia.az xəbər verir ki, prezidentin sözlərinə görə, Rusiya dəmir yolu, liman və enerji infrastrukturu ilə yanaşı, yaşayış məntəqələrini də hədəf almaqda davam edir.
O qeyd edib ki, son 24 saat ərzində Ukraynanın 14 bölgəsi hücuma məruz qalıb. Gecə saatlarında Dnepropetrovsk vilayəti, Xarkov vilayəti, Odessa vilayəti və Poltava vilayəti ərazilərinə zərbələr endirilib.
Zelenski əlavə edib ki, hava hücumundan müdafiə qüvvələri gecə ərzində 111 pilotsuz uçan aparatı məhv edib və ya zərərsizləşdirib.
14:57 13.05.2026
Oxunuş sayı: 59