Rusiya Dnepropetrovsk və Xarkova hücum edib - 8 nəfər ölüb
Rusiya Silahlı Qüvvələri Ukrayna ərazisində yeni hücumlar həyata keçirib.
Crossmedia.az xəbər verir ki, hücumlar Dnepropetrovsk vilayəti və Xarkov vilayəti ərazilərini əhatə edib.
Məlumata görə, raket və dron zərbələri nəticəsində azı 8 nəfər həlak olub, bir neçə nəfər isə yaralanıb. Hücumların yaşayış məntəqələrinə və mülki infrastruktura ziyan vurduğu bildirilir.
Rəsmilər hadisə ilə bağlı xilasetmə və axtarış işlərinin davam etdiyini açıqlayıb.
14:24 13.05.2026
Oxunuş sayı: 57