Maşını "Tiktok"da paylaşdı - həbs edildi
Bakıda konstruksiya dəyişikliyi edilmiş dövlət qeydiyyat nişanı olmayan avtomobili idarə edərək sosial şəbəkədə paylaşan sürücü müəyyən olunub.
Crossmedia.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətindən bildirilib ki, Binəqədi Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsi əməkdaşları tərəfindən həmin sürücü V.Güləliyev idarə etdiyi konstruksiya dəyişikliyi edilmiş dövlət qeydiyyat nişanı olmayan “VAZ- 2107” markalı nəqliyyat vasitəsi ilə rayon ərazisində hərəkətdə olarkən saxlanılıb.
Onun barəsində toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib, məhkəmənin qərarı ilə 30 sutka inzibati qaydada həbs edilib.
08:28 13.12.2024
Oxunuş sayı: 6612