Media nümayəndələri üçün "WUF13 Media Kit" hazırlanıb
Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasını (WUF13) işıqlandıracaq media nümayəndələri üçün "WUF13 Media Kit" hazırlanıb.
Crossmedia.az xəbər verir ki, bu barədə "WUF13Azerbaijan"ın "X" sosial şəbəkə hesabında məlumat yayılıb.
"Sənədə tədbirin proqramı və əsas sessiyalar haqqında zəruri məlumatlar, eləcə də WUF13-də rahat iştirakı təmin etmək və dəqiq, etibarlı məzmunun hazırlanmasına dəstək olmaq üçün praktiki təlimatlar daxildir", - məlumatda bildirilib:
"Media Kit"i əldə etmək üçün http://wuf13.az ünvanına daxil olun".
19:57 30.04.2026
Oxunuş sayı: 50