Tuapse neft zavoduna yenidən dron hücumu baş verib
Rusiyanın Tuapse şəhərində yerləşən neft emalı zavodu və dəniz terminalı gecə saatlarında pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, zərbə nəticəsində saxlama çənlərində yanğın başlayıb və hazırda söndürmə işləri davam edir.
Qeyd olunur ki, 16 aprel tarixində də Tuapsedə yerləşən neft anbarına dron hücumu olmuş və həmin yanğın bir həftəyə yaxın davam etmişdi.
11:45 28.04.2026
Oxunuş sayı: 56