Tayvan ətrafında gərginlik: Çin hərbi aktivliyini artırır
Çin və Tayvan arasında gərginlik yenidən yüksəlib.
Crossmedia.az bu barədə "Reuters"ə istinadən xəbər verir.
Məlumata əsasən, Çin Hərbi Dəniz Qüvvələrinə məxsus esmines və freqat Penqhu adaları yaxınlığındakı sulara daxil olub. Buna cavab olaraq Tayvan donanmasını və hava qüvvələrini səfərbər edib.
Tayvan Müdafiə Nazirliyi bildirib ki, son 24 saat ərzində adanın ətrafında 9 Çin hərbi gəmisi və 22 hərbi təyyarə müşahidə edilib.
Tayvan rəhbərliyi Çinin bu addımlarını “boz zona” taktikası kimi qiymətləndirib. Çin tərəfi isə hələlik məsələyə rəsmi münasibət bildirməyib.
14:05 28.04.2026
Oxunuş sayı: 45