İsrail ordusunda intizam problemi: Baş Qərargah rəisi xəbərdarlıq etdi
İsrail Baş Qərargah rəisi Eyal Zamir bildirib ki, uzunmüddətli müharibə fonunda İsrail Müdafiə Qüvvələrində intizamın zəifləməsi müşahidə olunur.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
O qeyd edib ki, bəzi əsgərlərin qeyri-etik davranışları qeydə alınıb və bu hallar gərginliyin nəticəsi olsa da, heç bir halda bəraət qazandıra bilməz.
Zamir vurğulayıb ki, ordu öz dəyərlərindən geri çəkilməməlidir.
Baş Qərargah rəisi həmçinin Cənubi Livanda İsrail əsgərlərinin talan etməsi ilə bağlı məlumatlara münasibət bildirərək deyib ki, bu cür hərəkətlər ordunu rüsvay edir və onun nüfuzuna ciddi zərbə vurur.
10:36 28.04.2026
Oxunuş sayı: 45