Fərdi sahibkarlar üçün ƏDV tətbiqi 2027-ci ilə qədər təxirə salına bilər
Ukrayna hökuməti fərdi sahibkarlar üçün ƏDV tətbiqi ilə bağlı Beynəlxalq Valyuta Fondu ilə danışıqlar aparır.
Crossmedia.az bu barədə "Forbes"ə istinadən xəbər verir.
Məlumata əsasən, müzakirələr son mərhələdədir və ilkin plan ƏDV-nin 2027-ci ilə qədər təxirə salınmasını nəzərdə tutur. Lakin yekun qərarın may ayında BVF-nin Kiyevə səfəri zamanı veriləcəyi bildirilir.
Eyni zamanda iqtisadiyyatın kölgə sektorundan çıxarılması istiqamətində tədbirlər də müzakirə olunur. Buraya biznesin fərdi sahibkarlar vasitəsilə parçalanmasının qarşısının alınması, qaçaqmalçılıq və “zərf maaşı” ilə mübarizə, eləcə də vergi və gömrük orqanlarının fəaliyyətinin gücləndirilməsi daxildir.
13:12 28.04.2026
Oxunuş sayı: 53