Yasamal rayonunda “Zərif irsin işığında” adlı tədbir keçirilib
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatı, Yasamal Rayon İcra Hakimiyyəti və Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun birgə təşkilatçılığı ilə görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 103-ci ildönümü münasibətilə “Zərif irsin işığında” adlı tədbir keçirilib.
Ə.Əliyev adına Azərbaycan Dövlət
Həkimləri Təkmilləşdirmə İnstitutunda baş tutuan tədbirdə YAP Yasamal rayon təşkilatının
sədri Bəxtiyar Nəbiyev, Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinci
müavini Hüseyn Əfəndiyev, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri
Təkmilləşdirmə İnstitutunun rektoru Nazim Pənahov, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü,
Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun
Kardiologiya kafedrasının müdiri Tofiq Cahangirov, Yeni Azərbaycan
Partiyası Veteranlar Şuasının üzvü Misir
Mərdanov, Bakı Biznes Universitetinin rektoru İbad Abbasov, Azərbaycan
Respublikası Milli Məclisinin deputatı Göydəniz Qəhrəmanov, Azərbaycan
Respublikası Milli Məclisinin VI çağırış deputatı Elnur Allahverdiyev, Yasamal
rayonu Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi Vüsal Hüseynov, 1 nömrəli
Bakı Baza Tibb Kollecinin direktoru Nailə Əliyeva, 2 nömrəli Bakı Baza Tibb
Kollecinin direktoru Dilarə Məmmədəliyeva, M.Topçubaşov adına Elmi Cərrahiyyə
Mərkəzinin direktoru Rauf Ağayev, M.Ə.Mirqasımov adına Respublika Klinik
Xəstəxanasının direktorunun nüavini Mina Adıgözəlova, Bakı şəhər Narkoloji
Dispanserin baş həkimi Qalib Məmmədov, Yasamal rayonunda yerləşən
poliklinikaların baş həkimləri, YAP
Yasamal rayon təşkilatının və Yasamal Rayon İcra Hakimiyyətinın əməkdaşları,
YAP Yasamal rayon ərazi partiya təşkilatlarının sədr, sədr müavinləri,
institutun əməkdaş və tələbələri iştirak edib.
Əvvəlcə tədbir iştirakçıları Fəxri Xiyabanda Ümummilli Lider Heydər
Əliyevin, görkəmli oftalmoloq-alim akademik Zərifə xanım Əliyevanın və Azərbaycanın
görkəmli dövlət və elm xadimi Əziz Əliyevin məzarlarını ziyarət edərək
abidələri önünə əklil və gül dəstələri qoyub, əziz xatirələrini dərin ehtiramla
yad ediblər.
Tədbirdə ilk öncə Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda
Ulu Öndər Heydər Əliyevin zəngin həyat və fəaliyyətini özündə əks etdirən
muzeyə baxış keçirilib. Sonra Ulu Öndər Heydər Əliyevin, görkəmli
oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın və Azərbaycanın müstəqilliyi,
suverenliyi uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik
sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Sonra görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın həyat və
fəaliyyətini özündə əks etdirən video çarx nümayiş etdirilib.
Tədbirdə çıxış edən Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri
Təkmilləşdirmə İnstitutunun rektoru Nazim Pənahov, YAP Yasamal rayon
təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yasamal Rayon İcra Hakimiyyəti başçısının
birinci müavini Hüseyn Əfəndiyev, Yeni Azərbaycan
Partiyası İdarə Heyətinin üzvü, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə
İnstitutunun Kardiologiya kafedrasının müdiri Tofiq Cahangirov, Yeni Azərbaycan
Partiyası Veteranlar Şurasının üzvü Misir Mərdanov, “M.Həsənov küç.35” ünvanı
üzrə (ADHTİ) ərazi partiya təşkilatının sədr müavini Günel Əfəndiyeva, Azərbaycan
Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun
Oftalmologiya kafedrasının dosenti Nüşabə Hacıyeva akademik görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım
Əliyevanın həyat və fəaliyyətindən geniş bəhs ediblər. Qeyd olunub ki, Zərifə xanımın zəngin və mənalı həyat
yolu, elmə və insanlara həsr etdiyi fəaliyyəti hər bir Azərbaycan vətəndaşı
üçün örnəkdir. Məhz Zərifə xanım Əliyevanın yorulmaz zəhməti və yüksək peşəkarlığı
nəticəsində öz dövrü üçün son dərəcə aktual olan bir sıra mürəkkəb tibbi
problemlər öz həllini tapmışdır. Xüsusilə vurğulanmışdır ki, akademikin
oftalmologiya sahəsində apardığı fundamental tədqiqatlar təkcə Azərbaycan üçün
deyil, bütövlükdə dünya tibb elmi üçün böyük əhəmiyyət kəsb etmişdir. Zərifə
xanım öz şəxsiyyətində Azərbaycan qadınına xas olan bütün ali mənəvi keyfiyyətləri
– xeyirxahlığı, mərhəməti, sadəliyi, zəhmətsevərliyi və yüksək intellekti birləşdirən
nadir şəxsiyyət olmuşdur. Onun həyat fəlsəfəsinin mərkəzində insan amili
dayanmış, hər zaman insanların sağlamlığı və rifahı prioritet olmuşdur. Bu
baxımdan Zərifə xanım Əliyeva həm alim, həm də humanist insan kimi cəmiyyətə
örnək olmuşdur. Eyni zamanda vurğulanmışdır ki, Zərifə xanım Əliyevanın taleyinə
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin ömür-gün yoldaşı olmaq
kimi böyük və şərəfli bir missiya yazılmışdır. Bildirilmişdir ki, o, bütün fəaliyyətində
Ulu Öndərə mənəvi dayaq olmuş, onun çətin və məsuliyyətli dövlətçilik yolunda
daim yanında yer almışdır. Zərifə xanım həm də müasir Azərbaycanın memarı,
qalib dövlətin rəhbəri, torpaqlarımızı işğaldan azad edərək xalqımıza böyük Qələbə
bəxş edən Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin anası kimi
tarixdə xüsusi yer tutur. Belə bir ailənin təməlində duran yüksək mənəvi dəyərlər
bu gün də Azərbaycan dövlətçiliyinin möhkəmlənməsində öz əksini tapır.
Çıxışlardan sonra Partiya sıralarına yeni qoşulanlara üzvlük vəsiqələri təqdim edilib.
Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.
Sonda xatirə şəkli çəkdirilib.
12:48 28.04.2026
Oxunuş sayı: 70