Ermənistan: Cilizə kəndi ilə bağlı iddialar təkzib edildi
Ermənistan Baş nazirinin mətbuat xidməti sərhəd demarkasiyası çərçivəsində ölkənin şimalında yerləşən Cilizə kəndinin təhvil veriləcəyi ilə bağlı yayılan məlumatları dezinformasiya adlandırıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Bəzi mənbələr kəndin Gürcüstan sərhədinə yaxın ərazidə aparılan demarkasiya prosesində təhvil verilə biləcəyini iddia edirdi.
Lakin Ermənistan Baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryan bildirib ki, Ermənistanın suveren ərazisinin hər hansı hissəsinin verilməsi ilə bağlı nə bəyanat, nə də razılaşma mövcuddur.
Qeyd olunur ki, yayılan məlumatlar rəsmi şəkildə təkzib edilib.
12:45 28.04.2026
Oxunuş sayı: 51