İran böhranı NATO-nun zəifliklərini üzə çıxarıb
İrandakı münaqişə NATO daxilində bir sıra zəif cəhətləri üzə çıxarıb və alyansın Rusiya ilə mümkün hərbi qarşıdurmaya tam hazır olmadığını göstərib.
Crossmedia.az bu barədə "Politico" nəşrinə istinadən xəbər verir.
Məlumata əsasən, NATO ölkələri qısa müddətdə kütləvi sursat istehsalı baxımından çətinlik yaşayır.
Bundan əlavə, dəniz logistikası və təhlükəsizlik sahəsində ciddi problemlərin olduğu qeyd olunur.
Hesabatda həmçinin bildirilir ki, Avropa liderlərinin ABŞ-ın İrandakı hərəkətlərini dəstəkləməməsi Vaşinqton və digər NATO üzvləri arasında fikir ayrılıqlarını daha da artırıb.
12:56 28.04.2026
Oxunuş sayı: 41