Pentaqon Trampı İran müharibəsi ilə bağlı yanlış məlumatlandırır
ABŞ müdafiə strukturları İranla bağlı müharibə vəziyyətini daha müsbət göstərərək ABŞ Prezidenti Donald Trampı yanlış məlumatlandıra bilər.
Crossmedia.az bu barədə "The Atlantic"ə istinadən xəbər verir.
Məlumata əsasən, bu iddialar ABŞ vitse-prezidenti Cey Di Vensə istinadən yayılıb. O, Pentaqonun “vəziyyət nəzarət altındadır” və “arsenal güclüdür” açıqlamalarına şübhə ilə yanaşıb.
Hesabatda qeyd olunur ki, ABŞ-nin əsas raket və müdafiə sistemlərinin ehtiyatlarında azalma müşahidə edilir və bəzi silah növləri üzrə ehtiyatların yarıdan çoxunun istifadə edildiyi ehtimal olunur.
Bununla belə, Pentaqon əməliyyatların uğurlu olduğunu və İranın ciddi şəkildə zəiflədiyini açıqlamağa davam edir.
13:05 28.04.2026
Oxunuş sayı: 43