Tədris dili üzrə müsahibə qaydası təsdiqlənib – Məktəbəqədər təhsildə əhatəlilik artırılır
Təhsilini digər dildə almaq istəyən şagirdlərin tədris dili üzrə müsahibədən keçirilməsi Qaydası təsbit edilib.
Crossmedia.az xəbər verir ki, bu sözləri Məktəbəqədər Ümum Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov media üçün keçirilən brifinq zamanı deyib.
O, yeni qaydanın müvafiq istiqamətdə qəbul prosesinin daha sistemli və şəffaf təşkilini hədəflədiyini bildirib.
Direktor həmçinin ölkədə məktəbəqədər təhsilin əhatəlilik səviyyəsi hazırda 40 faiz təşkil etdiyini və bu göstəricinin artırılmasının əsas prioritetlərdən biri kimi müəyyənləşdirildiyini qeyd edib:
"Mövcud ənənəvi modellərin istənilən nəticəni vermədiyi nəzərə alınaraq, alternativ yanaşmaların tətbiqi imkanları araşdırılır. İcma əsaslı məktəbəqədər təhsil qruplarına artıq 23 935 uşaq cəlb edilib.
Bundan əlavə, valideyn-dövlət-özəl tərəfdaşlığı mexanizmi çərçivəsində 4 033 uşaq məktəbəqədər təhsilə cəlb olunub. Bu model hazırda da aktuallığını qoruyur və qeydiyyat prosesi davam edir.
Valideyn-dövlət-özəl tərəfdaşlığı çərçivəsində hər bir uşağın özəl uşaq bağçasında təhsil haqqının 250 manatı dövlət tərəfindən qarşılanır. Valideynlər qrant qazanmış özəl bağçaların siyahısı ilə tanış olaraq mövcud boş yerlərə müraciət edə bilərlər".
Elmir Heydərli
13:45 28.04.2026
Oxunuş sayı: 72