INGLA Kids & Preschool-da 18 Sentyabr – Milli Musiqi Gününə həsr olunmuş tədbir keçirilib.
Crossmedia.az xəbər verir ki, tədbir zamanı uşaqlara Azərbaycan milli musiqisinin zəngin irsi haqqında məlumat verilib. Balacalar milli musiqimizin müxtəlif nümunələri ilə tanış olub, günün mahiyyətinə uyğun hazırlanmış maraqlı və əyləncəli fəaliyyətlərdə iştirak ediblər.
Tədbirin əsas məqsədi Azərbaycan milli musiqisinin ruhunu və dəyərlərini uşaqlara erkən yaşlardan aşılamaq, onların milli-mədəni irsimizə marağını artırmaq və musiqi zövqünün formalaşmasına töhfə vermək olub.