Türkiyənin sabiq naziri həbs edilib
Türkiyənin sabiq ailə və sosial siyasət naziri Fatma Betül Sayan Kaya fondlarla bağlı aparılan istintaq çərçivəsində həbs edilib.
Crossmedia.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Bildirilib ki, Kaya prokurorluqda 2 saat 15 dəqiqə dindirildikdən sonra "Kapital bazarı haqqında" qanunun pozulması və cinayət törətmək məqsədilə yaradılan təşkilata üzv olmaqda şübhəli bilinərək məhkəməyə göndərilib.
Məhkəmə onun barəsində həbs qətimkan tədbiri seçib.
İş üzrə İlyas Kaya və Türkiyənin sabiq Kapital Bazarları Şurasının (SPK) sədri İbrahim Ömər Gönül barəsində isə məhkəmə nəzarəti tədbirləri tətbiq olunub. Məhkəmənin qərarına əsasən, onların hər ikisi mütəmadi olaraq imza atmalı və ölkədən çıxmamalıdır.
Xatırladaq ki, Kaya 26 sentyabr 2026-cı ilə qədər Ədalət və İnkişaf Partiyasında (AKP) sədr müavini olub. O, həmin tarixdə fond iddiaları ilə bağlı istintaqa kölgə salmaması üçün partiyadakı bütün vəzifələrindən azad olunmasını istəyib.
10:10 06.11.2026
Oxunuş sayı: 90