Gəncədə genişmiqyaslı QHT Forumu keçirilir
Gəncə şəhərində Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumu işinə başlayıb.
Crossmedia.az xəbər verir ki, tədbirdə vətəndaş cəmiyyətinin 400-dən çox təmsilçisi iştirak edir.
"Şəhərsalma və Memarlıq İli"nə həsr edilmiş forum çərçivəsində "QHT-lərin sosial media, rəqəmsallaşma və süni intellekt bacarıqları", "Azərbaycan QHT-ləri milli maraqların keşiyində", "WUF13 irsi QHT təşəbbüslərində" adlı panel müzakirələri təşkil ediləcək.
Yekunda ölkə QHT-lərinin Prezident İlham Əliyevə müraciəti qəbul olunacaq.
Forum geniş bədii proqramla öz işini başa vuracaq.(Report)
10:15 06.11.2026
Oxunuş sayı: 96