Tramp böyük razılaşma anons edib: Hamı razı qalacaq
ABŞ Prezidenti Donald Tramp yaxın zamanda yalnız Ukraynanı deyil, bütün Avropanı əhatə edə biləcək genişmiqyaslı razılaşmanın əldə olunacağını açıqlayıb.
Crossmedia.az xəbər verir ki, Donald Tramp bu barədə Ağ Evdə jurnalistlərə açıqlamasında bildirib.
“Bu, böyük razılaşma olacaq və təkcə Ukraynanı əhatə etməyəcək. Hətta deyərdim ki, bütün Avropanı əhatə edə bilər. Bu, böyük və əla razılaşma olacaq. Hamı razı qalacaq”, – deyə Tramp vurğulayıb.
ABŞ Prezidenti razılaşmanın konkret şərtlərini açıqlamayıb.
Tramp, həmçinin Ukraynadakı müharibənin yaxın zamanda başa çatdırılacağına ümid etdiyini bildirib.
10:27 06.11.2026
Oxunuş sayı: 64