Tramp İranı məhv etməklə hədələdi: Tezliklə hər şeyi biləcəksiniz
ABŞ Prezidenti Donald Tramp İrana qarşı yeni dağıdıcı hücumların mümkünlüyünü istisna etməyib, eyni zamanda ölkəsində keçirilən seçkilərin ədalətli olmadığını iddia edib.
Crossmedia.az xəbər verir ki, Ukraynanın “UNIAN” agentliyi bu barədə məlumat yayıb.
“İranın qalan hissəsini dağıtmaq istəməzdim, amma bəlkə də buna məcbur olacağıq. Tezliklə hər şeyi biləcəksiniz”, – deyə Tramp bildirib.
ABŞ Prezidenti ölkəsindəki seçki sistemini də sərt tənqid edib.
“Los-Ancelesdə keçirilən seçkiləri izlədim. Bu, biabırçı mənzərə idi. Bizim seçkilər o qədər ədalətsizdir ki, təsəvvür belə edə bilməzsiniz”, – deyə o vurğulayıb.
Tramp bu sözləri iyun ayında Los-Ancelesdə keçirilmiş ilkin seçkilərlə bağlı səsləndirib.
10:07 06.11.2026
Oxunuş sayı: 74