Gürcüstanın Azərbaycandan mal idxalı 23 % artıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycan və Gürcüstan arasında ticarət dövriyyəsinin dəyəri 959,587 milyon ABŞ dolları təşkil edib.
Crossmedia.az bu barədə Gürcüstanın Milli Statistika İdarəsinə istinadən xəbər verir.
Məlumata görə, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 13,3 % çoxdur.
Gürcüstanın ümumi xarici ticarət dövriyyəsində Azərbaycanın payı 5,4 % təşkil edib.
Hesabat dövründə Gürcüstanın Azərbaycana ixrac etdiyi məhsulların dəyəri bir il əvvələ nisbətən 5,1 % artaraq 484,519 milyon ABŞ dolları (ümumi ixracın 8,9 %-i), Gürcüstanın Azərbaycandan idxal etdiyi məhsulların dəyəri isə 23 % artaraq 475,068 milyon ABŞ dolları (ümumi idxalın 3,8 %-i) olub.
Son bir ildə Gürcüstanın ümumi xarici ticarət dövriyyəsinin dəyəri 8,4 % artaraq 17 milyard 926,883 milyon ABŞ dollarına çatıb. O cümlədən, ixracın dəyəri 22,1 % artaraq 5 milyard 422,525 milyon ABŞ dolları, idxalın dəyəri isə 3,4 % artaraq 12 milyard 504,358 milyon ABŞ dolları olub.
12:40 21.09.2026
Oxunuş sayı: 47