Azərbaycan Basketbol Liqasında iştirakçı klubların siyahısında dəyişiklik edilib
2026/2027 mövsümündə Azərbaycan Basketbol Liqasında (ABL) iştirakçı klubların siyahısında dəyişiklik edilib.
Bu barədə Crossmedia.az-a Azərbaycan Basketbol Federasiyasından məlumat verilib.
ABL və ölkə kubokunun keçirilməsi haqqında əsasnamənin 3.3 və 5.12-ci maddələrinə əsasən, klubların qeydiyyat tələblərinin yerinə yetirilməsi ilə bağlı aparılan qiymətləndirmənin nəticəsində ABL İdarə Heyəti tərəfindən müvafiq qərar qəbul edilib.
Qərara əsasən, 2026/2027 mövsümündə "Sumqayıt" ABL-də, "Şəki" isə ABL 2-də iştirak edəcək.
Beləliklə, 2026/2027 mövsümündə ABL-də "Sabah", "LANDAU Lions", "Gəncə", "Neftçi", "Ordu", "Naxçıvan", NTD Və "Sumqayıt" komandaları mübarizə aparacaq.
11:14 21.09.2026
Oxunuş sayı: 45