Azərbaycan nümayəndə heyəti AEBA-nın sessiyasında iştirak edib
Avstriyanın paytaxtı Vyana şəhərində Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Baş Konfransının 70-ci Növbəti Sessiyası keçirilib.
Crossmedia.az xəbər verir ki, ümumilikdə 181 üzv dövlətdən 3 mindən çox nümayəndənin iştirak etdiyi tədbirdə ölkəmizi fövqəladə hallar nazirinin müavini Yusif Nəbiyevin rəhbərlik etdiyi və tərkibinə aidiyyəti qurumların müvafiq vəzifəli şəxslərinin daxil olduğu nümayəndə heyəti təmsil edib.
Sessiyada çıxış edən Y.Nəbiyev ölkəmizlə AEBA arasında əməkdaşlığın genişləndirilməsi, böyük miqyaslı kütləvi tədbirlər zamanı nüvə təhlükəsizliyinin təmin edilməsi üzrə texniki missiya çərçivəsində əməkdaşlıq, hüquqi, tənzimləyici və texniki infrastrukturun inkişafı istiqamətində görülən işlər, səhiyyə, kənd təsərrüfatı və ətraf mühit sahələrində nüvə və izotop texnologiyalarının tətbiqi məsələlərinə toxunub.
Tədbir çərçivəsində nümayəndə heyəti, həmçinin AEBA-nın struktur bölmələri və digər ölkələrin nümayəndələri ilə ikitərəfli görüşlər keçirib.
12:03 21.09.2026
Oxunuş sayı: 43