Sİ Cinpin ABŞ-yə gedir: Dövlət səfərinin TARİXİ AÇIQLANDI
Çin Prezidenti Si Cinpin sentyabrın 23-25-də ABŞ-yə dövlət səfəri edəcək.
Crossmedia.az xəbər verir ki, Çin Xarici İşlər Nazirliyi bu barədə məlumat yayıb.
Nazirliyin açıqlamasında bildirilib ki, Si Cinpinin ABŞ-yə səfəri ABŞ Prezidenti Donald Trampın dəvəti əsasında baş tutacaq.
Bundan əvvəl Donald Tramp sentyabrda Çin liderini ABŞ-də qəbul etməyi səbirsizliklə gözlədiyini bildirmişdi. O, iki ölkə lideri arasında münasibətlərin yaxşı olduğunu qeyd etmişdi.
Qeyd edək ki, sentyabrın 13-də Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Hindistanın Baş naziri Narendra Modi və Si Cinpinin Vladimir Putinlə BRICS sammiti çərçivəsində görüş zamanı Ukraynadakı münaqişənin sülh yolu ilə həlli məsələsinə maraq göstərdiklərini və bu istiqamətdə kömək təklif etdiklərini açıqlamışdı.
12:19 21.09.2026
Oxunuş sayı: 49