Rusiya “Cermuk” mineral suyunun satışını qadağan edib
Rusiyada Rospotrebnadzor “Cermuk” mineral suyunun satışına məhdudiyyət tətbiq edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, qərar “Rusiya vətəndaşlarının həyatı və sağlamlığına mümkün zərərin qarşısını almaq” məqsədilə qəbul olunub.
Qabaqcıl Texnologiyaların İnkişafı Mərkəzinin rəhbər müavini Revaz Yusupov bildirib ki, artıq 338 min şüşə “Cermuk” satılıb.
Qeyd olunur ki, qadağa 17 fevral – 5 mart 2026-cı il tarixləri arasında istehsal olunan məhsullara şamil edilir.
11:35 28.04.2026
Oxunuş sayı: 51