İran ABŞ-yə üçmərhələli plan təqdim edib
İran ABŞ-yə hərbi əməliyyatların dayandırılması, Hörmüz boğazı ilə bağlı müzakirələr və yalnız bundan sonra nüvə proqramını əhatə edən danışıqları nəzərdə tutan üçmərhələli plan təqdim edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, planın ilk mərhələsi hərbi gərginliyin azaldılmasını, ikinci mərhələsi Hörmüz boğazı ətrafında vəziyyətin müzakirəsini, üçüncü mərhələsi isə nüvə proqramı üzrə danışıqları əhatə edir.
ABŞ Prezidenti Donald Tramp təşəbbüsü tənqid edərək bildirib ki, plan birbaşa nüvə məsələsini ön plana çıxarmır.
Mediada yayılan məlumatlara görə, Vaşinqtonun bu planı qəbul etmə ehtimalı aşağı qiymətləndirilir.
11:12 28.04.2026
Oxunuş sayı: 41