Birinci sinfə elektron qəbul, qeydiyyat və seçim mərhələlərinin vaxtı açıqlanıb
May ayının əvvəlindən etibarən şagirdlərin birinci sinfə elektron qəbulu prosesinə start verilib. Qəbul qaydalarına əsasən, 1–6 may tarixləri ərzində valideynlər tərəfindən qeydiyyat mərhələsi həyata keçiriləcək.
Crossmedia.az xəbər verir ki, bu sözləri Məktəbəqədər Ümum Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov media üçün keçirilən brifinq zamanı deyib.
O, qeydiyyat prosesi başa çatdıqdan sonra, yəni 6 may tarixindən etibarən valideynlər övladları üçün müəllim və məktəb seçimini reallaşdıra biləcəklərini qeyd edib.
Direktor həmçinin məktəbə hazırlıq qruplarında təhsil alan təxminən 90 min şagird birbaşa olaraq birinci sinfə qəbul ediləcəyini və bu prosesdə hər hansı müsabiqə və ya imtahan mərhələsi nəzərdə tutulmadığını bildirib.
Elmir Heydərli
13:20 28.04.2026
Oxunuş sayı: 57