Attestatların verilməsi rəqəmsallaşdırılır – Şagirdlər sənədlərini onlayn əldə edəcək
Bu ildən etibarən təhsil sənədlərinin təqdim olunmasında mühüm yenilik tətbiq ediləcək.
Belə ki, attestatlar artıq elektron formada təqdim olunacaq və şagirdlər bu sənədləri istənilən vaxt onlayn şəkildə əldə edə biləcəklər.
Crossmedia.az xəbər verir ki, bu sözləri Məktəbəqədər Ümum Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov media üçün keçirilən brifinq zamanı deyib.
O, yeniliyin əsas məqsədinin sənədləşmə prosesinin sadələşdirilməsi, şəffaflığın artırılması və vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi olduğunu bildirib.
Bununla yanaşı, təhsil sistemində rəqəmsallaşma daha da genişləndirilir. Məlumata görə, əlavə olaraq 199 təhsil müəssisəsi “Rəqəmsal Məktəb” platformasına qoşulacaq. Nəticədə, 235 min şagird və 17 min pedaqoji heyət bu platformanın imkanlarından istifadə edə biləcək.
Qeyd edək ki, həyata keçirilən bu yeniliklər təhsildə rəqəmsal transformasiyanın sürətləndirilməsinə və idarəetmədə səmərəliliyin artırılmasına xidmət edir.
Elmir Heydərli
12:50 28.04.2026
Oxunuş sayı: 48