Bakıda II Psixologiya və Loqopediya Festivalı keçirildi
Aprelin 4-ü Azərbaycan Gənclər və İdman Nazirliyi dəstəyi, Azərbaycan Autizm Assosiasiyası və "AzFest Group"un təşkilatçılığı ilə Park Bulvarda II Psixologiya və Loqopediya Festivalı keçirib.
Crossmedia.az xəbər verir ki, festivalın əsas məqsədi psixologiya və loqopediya sahəsində fəaliyyət göstərən mütəxəssislərin işlərini ictimaiyyətə təqdim etmək, bu istiqamətdə maarifləndirməni artırmaq və peşəkarlar arasında təcrübə mübadiləsini aparmaqdır. Bu cür tədbirlərin keçirilməsi cəmiyyətdə inklüzivliyin artırılması və xüsusi qayğıya ehtiyacı olan şəxslərin inkişafına dəstək baxımından mühüm əhəmiyyət daşıyır.
Festival çərçivəsində mütəxəssislər öz praktik fəaliyyətlərini ziyarətçilərə təqdim ediblər. İştirakçılar üçün faydalı çıxışlar və müzakirələr təşkil olunub. Festivalda millət vəkilləri, vətəndaş cəmiyyəti nümayəndələri, ictimai fəallar, autizmli və digər xüsusi qayğıya ehtiyacı olan uşaqların ailələri, eləcə də dövlət və özəl qurumların nümayəndələri iştirak ediblər.
16:00 05.04.2026
Oxunuş sayı: 64