Narkoloq: "Hər 10 narkotik və ya alkoqol istifadəçisindən 8-i sağlam ailədən çıxır - ANONS
Müasir dövrdə asılılıq – istər alkoqol, istər narkotik, istərsə də tütün istifadəsi – yalnız tibbi problem deyil, eyni zamanda ciddi sosial, psixoloji və mənəvi məsələ kimi cəmiyyətin qarşısında dayanır. Bu problem təkcə bir fərdin sağlamlığı ilə məhdudlaşmır; ailə institutunu sarsıdır, əmək qabiliyyətini zəiflədir, gənc nəslin gələcəyini təhlükə altına qoyur və ümumilikdə cəmiyyətin inkişafına mənfi təsir göstərir.
Bu kimi məsələlərə aydınlıq gətirmək üçün narkoloq - həkim Asif Kəngərli Crossmedia.az-a geniş müsahibə verib.
Həmin müsahibədən əsas məqamları təqdim edirik:
— "Narkotik asılılığın yaranması hər kəsdə olmur".
— "Ən çox rol xəstənin öz iradəsindədir".
— "Müalicə zamanı həkim xəstəni adətən öz evində müalicə edir".
— "Hər 10 narkotik və ya alkoqol istifadəçisindən 8-i sağlam, düzgün, tərbiyəli valideynlərin ailəsindən çıxır".
Qeyd edək ki, müsahibə yaxın günlərdə saytımızda yayımlanacaq.
Elmir Heydərli
14:37 03.04.2026
Oxunuş sayı: 62