İsraildə rəqəmlər açıqlandı - minlərlə yaralı var
İsraildə İranla müharibə başlayandan bəri 6131 nəfər xəsarət alıb.
Crossmedia.az İsrail Səhiyyə Nazirliyinin yaydığı məlumata istinadən xəbər verir.
Hazırda ölkə xəstəxanalarında 118 nəfər müalicə olunur, onlardan 18-nin vəziyyəti ağır və ya kritik qiymətləndirilir.
Məlumatda bildirilir ki, fevralın 28-dən etibarən İsrail Müdafiə Qüvvələrinin (SAXAL) 10 hərbçisi həlak olub.
Qeyd edək ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı birgə hərbi əməliyyata başlayıb.
Fidan Şahkərəmova
13:25 31.03.2026
Oxunuş sayı: 416