Meymunçiçəyi qayıdır: Soyuq havalarda evdən maskasız çıxmayın!
Rusiyanın Sankt-Peterburq şəhərində meymunçiçəyi virusuna yeni yoluxma halları müşahidə olunub. Bu xəbər Azərbaycanda da təşviş yaradıb və vətəndaşlar öz sağlamlıqlarına diqqət etməyə çağırılır.
Qeyd edək ki, virusun yayılma sürəti səbəbindən digər ölkələrdə də yoluxma riskləri arta bilər. Həkimlər əhali arasında profilaktik tədbirlərin görülməsini tövsiyə edir və vətəndaşları əhəmiyyətli simptomlara qarşı diqqətli olmağa çağırır.
Mövzu ilə bağlı Crossmedia.az-a danışan Azərbaycan Tibb Universitetinin Farmakologiya kafedrasının dosenti Aydın Əliyev dediklərinə görə, bu virusların qorxulu cəhəti onların bir variantda ortaya çıxıb sonra dəyişə bilməsidir:

“Artıq dünyada virus silahından da istifadə olunur. Keyfiyyətsiz qida, su və digər təsərrüfat malları, laboratoriyada yetişdirilən maddələr virusun yayılmasına səbəb ola bilər.
Hər bir yoluxma halı media vasitəsilə əhaliyə çatdırılır. Gücümüz çatdığı qədər sanitar-gigiyenik qaydalara əməl etmək vacibdir. Soyuq havalarda maska taxılmalı, dükanlara gətirilən yeməklərin hər biri yoxlamadan keçirilməlidir.
Azərbaycanda da vəziyyət ortaya çıxdıqda əhali məlumatlandırılır. Virus yayılsa, müvafiq peyvəndlərdən istifadə etmək və qayda-qanunlara riayət etmək lazımdır".
Fatimə
11:19 26.03.2026
Oxunuş sayı: 68