İran Silahlı Qüvvələrinin Baş Qərargahı Türkiyənin suverenliyinə hörmət etdiklərini və ölkə ərazisinə hər hansı raket atışı həyata keçirmədiklərini açıqlayıb.
Bu barədə crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Baş qərargahdan bildirilib ki, İran İslam Respublikası Silahlı Qüvvələri qonşu və dost ölkələrə qarşı hörmət prinsiplərinə sadiqdir və Türkiyəyə qarşı iddialar həqiqəti əks etdirmir.